"GƏNC TARİXÇİLƏR" dərnəyi 8b və 8c sinifləri
N. Babayev adına 144 nömrəli tam orta məktəbin 8b və 8 c sinif şagirdlərindən ibarət məktəbin tarix müəllimi Minayə Nəzərovanın rəhbərliyi ilə “ Gənc tarixçilər” dərnəyi 4 ildir ki, fəaliyyət göstərir. 19 şagirdi əhatə edən bu dərnəyin işi illik proqrama uyğun olaraq Azərbaycan tarixinin ən aktual məsələlərini işıqlandırmaqdır.
04.05.2021- ci il tarixdə məktəbin direktoru Qənirə Sultanova, Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyevanın iştirakı ilə Microsoft Teams platforması üzərində “ Azərbaycanı bütün dünyaya tanıdan sərkərdə” adlı mövzusunda dərnəyin növbəti məşğələsi keçirilmişdir.
Dərnək üzvləri tərəfindən təqdimatlar hazırlanmış və video- çarxlar nümayiş edilmişdir.