“Lütfi Zadə adına məktəblilərarası Məntiq Olimpiadası”
2021-ci ilin fevral ayında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyi tamam olmuşdur.
Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoymuş və yeni yanaşma üsulları meydana gətirmişdir.
Bu münasibətlə məktəbimizin informatika müəllimi Adilə müəllimin rəhbərliyi ilə 7-ci sinif şagirdləri arasında ''kA''-nın gənc məntiq sevərlərindən ibarət komanda ilə online ''Bilik Yarışı '' keçirilmişdir.