Əli Kərim “ Azərbaycan!”

Əli Kərim “ Azərbaycan!”

 

Quzeyi- qış,

           güneyi- yay-

Azərbaycan!

Gecə- gündüz

İlhama gətirən məni.

Azərbaycan!

Könlümün,

      ruhumun,

         sevincimin,

            kədərimin,

               fikrimin Vətəni !

Azərbaycan!

İnsan zəkasının

     işıqlandırdığı,

        könlündə

            min çıraq yandırdığı

bir diyar.

Bayram zəfərlərlə ,

bugünkü parlaq,

sabahkı daha parlaq

      səhərlərlə dolu;

Yolu-

Bəşər fikrinin

zirvə yolu !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi