“Mənimlə danış” sosial -psixoloji vebinar
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə 16 mart 2021-ci il tarixdə “Mənimlə danış” yeniyetmə və gənclər arasında sosial-psixoloji maarifləndirmə mövzusunda vebinar keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçisi-psixoloq Orxan Əliyev, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Məişət zorakılığı ilə mübarizə üzrə sektor müdiri Vəfa Ələkbərova, Komitənin aparıcı məsləhətçisi Xəyalə Əsgərli, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva, Mərkəzin uzman psixoloqu Gülnarə Muxtarova, Binəqədi rayon orta ümumtəhsil məktəblərin psixoloqları və orta məktəb şagirdləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev açaraq tədbir iştirakçılarını salamlayaraq tədbirin mahiyyəti haqqında geniş məlumat verdi.
“LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva çıxış edərək, yeniyetmə və gənclərin bu günkü psixoloji durumu haqqında məlumat verərək belə tədbirlərin vaxtında və mütəmadi keçirilməsinin vacibliyindən bəhs etdi.
Sonda tədbir iştirakçıları yeniyetmələri maraqlandıran sualları cavablandırdılar.