VIc sinfində ilk dərs Xocalı faciəsinə həsr olundu.
26 fevral tarixində bütün 1-ci dərslərin Xocalı soyqırımının 29 illiyinə həsr olunması qərarına əsasən N. Babayev adına 144 nömrəli məktəbin VIc sinfində ilk dərs Xocalı faciəsinə həsr olundu.
Ümummilli lider Heydər Əliyevin Xocalı faciəsi haqda səsləndirdiyi bu ifadəni şagirdlərə çatdırmaqla Xocalı faciəsinə verilən ən yüksək dəyər şagirdlərə çatdırıldı. H.Əliyev: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." demişdir.
Daha sonra şagirdlər öz eşitdikləri, bildikləri məlumatları bölüşdülər. Vətənpərvərlik və düşmənə nifrət hissinin aşılanması üzərində qurulan dərs Xocalı haqqında şeir səslənməsi ilə bitdi.