İlk dərsimiz "Xocalı soyqırımı"
Bu gün- 26 fevral Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı günüdür.29 ildir ki, Azərbaycan xalqının qocası, cavanı, uşağı hər il bu tarixi böyük acı hissi ilə anır.
N.Babayev adına 144 nömrəli tam orta məktəbdə ilk dərslər Xocalı soyqırımı gününə həsr olundu.Məktəbin direktoru Q.Sultanova və müəllimələr soyqırım haqqında şagirdlərə məlumat verdilər.Daha sonra şagirdlər şeirlər söylədilər, çəkdikləri rəsmləri nümayiş etdirdilər. Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlər keçirildi.
2020- ci ildə rəşadətli ordumuzun gücü, qüdrəti ilə 44 gün davam etmiş II Qarabağ müharibəsində qazandığımız qalibiyyət, zəfər Xocalıda şəhidlik zirvəsinə ucaldılan şəhidlərimizin qanını yerdə qoymadı.Biz bu tarixi unutmadıq və heç bir zaman unutmayacağıq!