Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsi
Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanan iştirakçılardan biri də məktəbimizin 11 a sinfində təhsil alan şagirdimiz İbrahimova Nübar Hafiz qızıdır.
O, Azərbaycan dili və ədəbiyyat fənninə böyük marağı, sevgisi ilə bu qalibiyyəti əldə etmişdir.Eyni zamanda, dərslikdən əlavə oxuduğu bədii kitabların sayəsində çətin sualların öhdəsindən gəlmişdir və sualları ətraflı cavablandırmışdır.
Növbəti mərhələlərdə qızımıza bol-bol uğurlar və qalibiyyət arzulayırıq.Nailiyyətlərin davamlı olsun, sevimli şagirdimiz!