İbtidai siniflər üzrə metodbirləşmə iclası
29.01.2021- ci il tarixində N. Babayev adına 144 nömrəli tam orta məktəbin ibtidai siniflər üzrə metodbirləşmə iclası keçirildi. İclasda tədrisin ənənəvi formasının bərpası ilə əlaqədar qarşıda duran məsələlər müzakirə olundu. Xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vacibliyi qeyd olunaraq üç günlük tədris formasına keçidlə əlaqədar dərslərin və qrupların növbələnməsi , keyfiyyətli təhsilə nail olmaq üçün əyani dərslərin artırılması məsələləri geniş müzakirə olundu.
Məktəbin direktoru Qənirə Sultanova iclasda çıxış edərək fikir və tövsiyələrini söylədi.