22.01.2021- ci il tarixində məktəbdaxili qiymətləndirmənin keçirilməsi barədə pedoqoji şura
Təhsil Nazirliyi kolleqiyasının 18 yanvar 2021- ci il tarixli qərarı ilə 22.01.2021- ci il tarixində N.Babayev adına 144 nömrəli tam orta məktəbdə məktəbdaxili qiymətləndirmənin keçirilməsi barədə pedoqoji şuranın iclası keçirilmişdir. İclasda məktəbin direktoru Qənirə Sultanova və pedoqoji kollektiv iştirak etmişdir.
İclasda xüsusi karantin rejimi dövründə ümumi təhsilalanların qiymətləndirilməsinin aparılmasına hazırlıq məsələləri müzakirə olundu.
Qənirə xanım iclasda çıxış edərək ll-Xl siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları haqqında ətraflı məlumat verdi.Sonra müəllimləri maraqlandıran suallar cavablandırıldı. Məktəb rəhbərliyi tərəfindən müvafiq qərarlar qəbul edildi.