“ 20 Yanvar” faciəsinə həsr olunmuş onlayn tədbir keçirildi.7a sinfi

      19.01.2021- ci il tarixində N.Babayev adına 144 nömrəli tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyeva və məktəbin rus dili müəllimi Səidə Qulubəyovanın rəhbərliyi ilə 7 a sinfində “ 20 Yanvar” faciəsinə həsr olunmuş onlayn tədbir keçirildi.

      Tədbirdə müəllimlər şagirdlərə dəhşətli gecənin mahiyyəti haqqında geniş məlumat verdilər.Şagirdlər qəzet və jurnallardan, kitablardan "Qanlı Yanvar" haqqında oxuduqları faktları da söylədilər.

      Şagirdlər azadlıq uğrunda canlarını düşmən tanklarına, güllələrinə sipər edən şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər və hazırladıqları videoçarxı nümayiş etdirdiər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi