II Qarabağ müharibəsində iştirak edən Süleyman Həşimovla onlayn görüş keçirildi.

     12 yanvar 2021- ci il tarixində N. Babayev adına 144 nömrəli tam orta məktəbin 9 c sinif şagirdləri Microsoft Teams proqramı üzrə Azərbaycan Respublikası Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə rəşadətlə iştirak etmiş məktəbin məzunu əsgər Süleyman Həşimovla onlayn görüş keçirtmişlər.

    Süleyman şagirdlərimizə müharibədə yaşadığı çətin anlardan , döyüşdüyü bölgələrdən , gərginlikdən danışdı. Eyni zamanda şagirdlərə Vətəni sevməyi, hər zaman onu qorumağa hazır olmalarını tövsiyə etdi.Vətən uğrunda canından keçməyə hazır olan döyüşçümüz şagirdlərin onun keçdiyi döyüş yolu haqqında verdiyi suallara ətraflı cavab verdi.

    Görüşdə Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyeva və məktəbin tarix müəllimi Leyla Novruzova iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi