06.12.2020 8a sinfində valideyn iclası.

06.12.2020-ci il tarixində 8a sinfində valideyn iclası keçirildi.

İclasda aşağıda qeyd olunan məsələlər barədə danışıldı.

1.Pandemiya dövründə şagirdlərin dərslərdə iştirakı.

2.İnternet problemi olan şagirdlərlə söhbət. 

3. Psixoloqun valideyn və şagirdlərlə onlayn görüşünü təşkil etmək.

Birinci məsələ ilə bağlı sinif rəhbəri Mədinə Əsgərova söhbət etdi. Valideynlər çox həvəslə müzakirəyə qoşuldular. Uşaqları dərslərdə zəif iştirak edən valideynlər bundan sonra ciddi yanaşacaqlarını bildirdilər. 

 İnternet problemi olan şagirdlərin valideynlərinə məsləhət görüldü ki, Təhsil Nazirliyinin təşkil etdiyi tele dərslərə baxsınlar və lazım olan məlumatları öyrənsinlər.

 Məktəbin psixoloqu Səbinə müəllimənin valideynlərlə görüşü valideynlər tərəfindən xoş qarşılandı. Vəziyyətlə bağlı müəyyən məsləhətlər verildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi