Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun döyüş yolu haqqında "dəyirmi masa"

     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi ilə bağlı onlayn tədbirlər keçirilir.

     N.Babayev adına 144 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən H.Həsənovanın təşəbbüsü ilə 6 b sinif şagirdləri arasında Əhmədiyyə Cəbrayılovun 100 ilik yubileyinə həsr olunmuş onlayn tədbir keçirildi.Bu onlayn tədbirdə şagirdlərimiz İkinci Dünya Müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun həyatı və döyüş yolu haqqında geniş məlumat verdilər.Onun könüllü olaraq cəbhəyə yollandığı, daha sonra Fransa Müqavimət hərəkatına qoşulduğu və bu hərəkatın fəal iştirakçısına çevrildiyi barədə də danışıldı.

     Bu onlayn tədbirdə çıxış edən şagirdlərimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində tariximizdə silinməz izlər qoymuş şəxslərin xatirəsinə dərin ehtiram ifadə edildiyini bildirdilər.Ölkə Prezidentinin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı xalqımızın, dövlətimizin qəhrəman övladlarına olan əbədi ehtiramının təzahürüdür.Həmçinin onlayn tədbirdə Əhmədiyyə Cəbrayılovun xalqımızın qəhrəmanlıq ənənələrini ölkə hüdudlarından kənarda layiqli şəkildə nümayiş etdirdiyi barədə şagirdlərə məlumatlar verildi.

   Onlayn tədbirlərdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yoluna həsr olunan videoçarxlar da nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi