Azərbaycan ordusunun uğurları və qüdrəti
Sentyabrın 27- dən başlayaraq Ermənistan – Azərbaycan münaqişəsində hərbi toqquşmalar yenidən alovlandı. Bu dəfə də işğalçı tərəf növbəti təxribata əl ataraq, yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutdu.Azərbaycan vəziyyətə uyğun olaraq adekvat tədbirlər gördü və düşmən mövqelərini susdurmaq üçün əks hücum əmməliyyatına başladı.Qısa müddət ərzində düşmən mövqeləri darmadağın edildi, işğal olunmuş rayonlarımızın bir sıra kəndləri, həmçinin bəzi yüksəkliklər , habelə Suqovuşan, Azərbaycanı birləşdirən simvolik abidə -Xudafərin körpüsü işğalçılardan təmizləndi. Ordumuz, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməlliyyatları uğurla davam etdirir.Ali Baş Komandanın qətiyyətli iradəsindən , xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurur. Dövlətimizin başçısı ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması yönündə önəmli addımlar atıb.Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır.Hər gün əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq salnaməsi yaradırlar.Bu gün hər bir vətəndaş hərbçilərimizin peşəkarlığına , ordumuzun gücünə güvənir. Müzəffər Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sirasındadır və işğal altındakı torpaqlarımızın bütövlükdə qaytarılacağı gün yaxındadır. Artıq xalqımız o günü yaşayır. Azərbaycan ordusunun vətənpərvər , cəsur və mərd oğulları tərəfindən cəbhədə bir-birinin ardınca uğurlar əldə edilir,düşmənlə təmas xəttində döyüş şücaəti, qətiyyəti göstərilir.Hər bir vətəndaşımızda olan ruh yüksəkliyi, orduya inam,qələbəyə əminlik hissi sarsılmaz Azərbaycan Ordusunu yeni-yeni qələbələrə ruhlandırır.Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən silahlı qüvvələrimiz də tarixi zəfər yolunda inamla irəliləyir. Azərbaycan dövləti hər zaman olduğu kimi , bu gün də vətəndaşlarına arxalanır, hadisələrin gedişatı ilə bağlı xalqa daim rəsmi məlumat verir, ordumuzun nailiyyətlərini dərhal xalqın diqqətinə çatdırır.Bu bir daha sübut edir ki, xalq öz ordusuna etibar edir və onun ordu ilə birliyi sarsılmazdır.Bu gün Azərbaycan bütün dünyaya güclü dövlət və güclü ordusunun olduğunu nümayiş etdirir.