Şagirdimiz I yerə layiq görüldü

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş onlayn rəsm müsabiqəsinin qalibləri bəlli olub. Xatırladaq ki, "Böyük zəfərin başlanğıcı" adlı müsabiqəyə 2000 rəsm işi təqdim olunub. Rəsm işləri Münsiflər heyəti tərəfindən qiymətləndirilib.

    Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 9 iştirakçı (3 nəfər I yer, 3 nəfər II yer, 3 nəfər III yer) qalib seçilib. Belə ki, məktəbin V sinif şagirdi Aylin Niftiyevanın da adı birincilik qazanan şagirdlərin sırasındadır.

    Qeyd edək ki, mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq onlayn keçirilən müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir.

    Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələr, həvəsləndirici yeri tutanlar isə Tərifnamə ilə təltif olunacaq.

    Aylini bu böyük uğuru münasibətilə təbrik edir, nailiyyətlərinin davamlı olmasını arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi