Onlayn dərslər

Bildiyimiz kimi, Yer kürəsinin koronovirus (COVİD -19) pandemiyası ilə mübarizə apardığı bir dövrdə respublikanın bütün ümumitəhsil məktəblərinin pedaqoji heyəti böyük həmrəylik və fədakarlıq nümayiş etdirərək onlayn dərslərə start vermişlər.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən ölkəmizdə koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejiminin ilk günlərindən etibarən bizim məktəbin müəllimləri də öz şagirdlərinə "Evdə qal! Təhsildən qalma!" şüarını rəhbər tutaraq hər gün dövlət proqramına uyğun olaraq bütün fənlər üzrə mümkün sosial vasitələrdən- Whatsapp, Zoom və s. istiafadə etməklə virtual dərslər tədris etdilər. Onlar dərs zamanı yeni mövzuları ətraflı şəkildə izah edərək, tədris etdikləri mövzular üzrə şagirdlərə ev tapşırığı verir və onların biliklərini qiymətləndirirlər. Şagirdlər də öz növbələrində hazırladıqları ev tapşırıqlarını video və ya foto şəklində öz müəllimlərinə göndərirlər. Virtual dərslərin tədris olunmasında məqsəd şagirdlərin dərslərdən geri qalmamaqları, onların asudə vaxtlarının səmərəli təşkil olunması, evdə olduqları müddətdə bilik və bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.
Məktəbi evlərinə daşıyan, şagird hay-küyünü otaqlarına sığdıran müəllimlərimiz böyük həvəslə onlayn fəaliyyətlərini davam etdirirlər. Onu da qeyd edəki ki, keçirilən onlayn dərslər şagird və valideyn kollektivi tərəfindən rəğbətlə qarşılanır.
Biz birlikdə güclüyük və bu çətinliyə birlikdə qalib gələcəyik!