Dilimiz -varlığımızdır

           

             Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

             Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi münasibəti ilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq məktəbin tədbirlər planının müvafiq bəndlərinə uyğun olaraq milli mənəvi dəyərləri və vətənpərvərlik ideyalarını təbliğ etmək məqsədilə məktəbin ibtidai sinif müəllimi  Ş.Novruzovanın rəhbərliyi ilə 2c sinif şagirdlərinin təqdimatında məktəbin akt zalında "21 fevral -Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş "Dilimiz -varlığımızdır !"adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə şagirdlər,məktəb kollektivi və valideyn icması ilə birgə qonaq qismində  "Firudin bəy Köçərli adına uşaq kitabxana"sının əməkdaşları - İncəsənət şöbəsinin müdiri İ.Quliyeva və baş kitabxanaçı-C.Cəfərli iştirak edirdi. Azərbaycan himninin səslənməsi ilə başlanan tədbirdə milli geyimdə səhnəyə çıxan ikincilərin  təqdimatında dilimizin gözəlliyinə həsr olunmuş şerlər söylənildi, musiqilər ifa olundu və dil haqqında kompozisiyalar nümayiş olundu. Şagirdlərin təqdimatında biri-birindən maraqlı olan milli rəqslərimizin nümayişi isə tədbirə ayri ovqat bəxş etdi və alqışlarla qarşılandı. Tədbirdə  zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzliyi, ölməzliyi və böyük gələcəyə malik olması vurğulandı və xalqımıza ulu babalardan miras qalan ən qiymətli milli sərvət olan ana dilimizı hər birimiz göz bəbəyi kimi qoruyub, daim qayğı ilə əhatə etməyimizdən danışıldı.

             Məktəbin direktoru Qənirə Sultanova  öz çıxışında bildirdi ki, "21 fevral -Beynəlxalq Ana Dili Günü"nün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdır. Məktəb rəhbəri çıxışında dilimizə qayğının ölkə prezidentinin də daim diqqət mərkəzində olmasını xüsusilə qeyd etdi.

              Dilimizi qoruyaq və sevək! Bu hər birimizin vətəndaşlıq borcudur! 

         

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi