"Müxtəlif  peşələrin karyera imkanları" mövzusunda tədbir

         Məktəbdə yeniyetmə və gənclər arasında düzgün ixtisas seçmə və eləcə də, onların gələcəkdə məşğulluq vəziyyətinin yaxşılaşdırması və əmək bazarına çıxışa hazır olması istiqamətində baza biliklərinə yiyələnməsinə nail olmaq üçün effektiv yerli və xarici təcrübələrin tətbiqi edilməsi məqsədilə mütəmadi olaraq müvafiq qurumların əməkdaşları tərəfindən peşəyönümlü tədbirlər və seminarlar təşkil olunur.

         Bu dəfə məktəbin akt zalında yuxarı sinif şagirdlərinin iştirakı ilə “Müxtəlif  peşələrin karyera imkanları” mövzusunda peşəyönümlü tədbir keçirildi. Tədbirdə çıxış edən Binəqədi rayon Məşğulluq Mərkəzinin məsləhətçisi Ə.Quliyev ilk olaraq tədbirin mahiyyəti barədə danışdı, şagirdlərə peşələr haqqında məlumat verdi. Təlimçi daha sonra buraxılış siniflərində təhsil alan şagirdləri düzgün ixtisas seçimində istiqamətləndirmək üçün istifadə edilən uğurlu “alət”lərdən, bu sahədə ölkəmizdə və xaricdə aparılan praktikadan bəhs etdi. Görüşdə iştirak edən məktəbin tərbiyə işləri üzrə direktor müavini K.Mirzəliyeva və məktəb psixoloqu S.Orucova da şagirdlərlə mövzuya dair diskusiyalar apardılar, görüş iştirakçılarına öz tövsiyələrini verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi