"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya

               Qeyd edək ki, məktəbimizdə təlim dərslərlə yanaşı ekskursiyalar şəklində də aparılır.Şagirdlərimizin mütəmadi olaraq incəsənət sərgilərinə, sənət qalereyalarına, kitab evlərinə, arxivə, ədəbi-tarixi muzeylərə gəzintisi təşkil olunur. Ekskursiyaların köməyi ilə şagirdlər öyrənilən obyekt və hadisələrlə birbaşa tanış olurlar.Ekskursiya həmçinin, tədrisin elmi və praktiki xarakterini artırmağa, onun həyat və təcrübə ilə əlaqəsini gücləndirməyə imkan verir.

        Bu dəfə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi H.Həsənovanın rəhbərliyi ilə 5b sinif şagirdləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda ekskursiyada oldular. Şagirdlər Bakının ən qədim hissəsi olan "İçərişəhər", xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə, XV əsrə aid olan Şirvanşahlar iqamətgahı və digər onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar və s.haqqında məlumat aldılar.

        Məktəblilər gəzintidən xoş təəssüratlarla qayıtdılar.Bu növ ekskursiyaların təşkil olunması şagirdlərdə Azərbaycanın tarixi keçmişinə maraq yaratmaq və onlarda milli mentalitetə hörmətlə yanaşmağı aşılamaq baxımından böyük əhəmiyyət daşıyır.

       

       

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi