STEAM-Mikrobit dərsləri

Bildiyimiz kimi, 2019-2020-ci tədris ilindən etibarən bir cox ümumtəhsil məktəblərində olduğu kimi bizim məktəbdə də “STEAM layihəsi”nin tətbiqinə başlanılıb.
Xatırladaq ki, STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir.Bu layihə 5 fərqli fənni real həyatda tətbiq olunan formada və vahid paradiqma kimi öyrədir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını şagirdlərə göstərir.
Bu gün məktəbin texnologiya müəllimi, həmçinin məktəbdə “STEAM layihəsi”ni tədris edən X.Abışovanın rəhbərliyi ilə VI siniflər arasında STEAM layihəsi çərçıvəsində növbəti təlim- “Mikroblitdən istifadə qaydaları” mövzusunda dərslər keçirildi. Bilirik ki, ən müxtəlif sahələrdə istifadə oluna bilən protativ, proqramlaşdırıla bilən mikrokompüterdir.Bu elektron çap lövhəsini (platasını) proqramlaşdırmaq üçün Mikrosoft istehsalı olan Makecode tətbiqindən istifadə edilir. Elə buna görə də şagirdlər əvvəlcə Makecood ilə öz Mikrobitlərini ətraf mühitdən daxil olan verilənlərin (məlumatların) oxunması və nəticə verilənlərin (İşıqlı diod displeydə təsvir, musiqi, mühərrik vasitəsilə hərəkətlər, radio siqnallar) yaradılmasına görə proqramlaşma apardılar. Daha sonra özlərinin ilk texnoloji qurğuları olan “Sehirbazı” ı düzəltdilər. Dərsin gedişatı zamanı şagirdlər həmçinin, əlavə olaraq mühəndis layihələndirmənin istənilən dizaynının ayrılmaz hissəsi olduğu barədə də məlumat aldılar.
Dərslər faydalı və səmərəli olmaqla yanaşı, şagirdlərin də böyük marağına səbəb oldu.