"Reproduktiv sağlamlığın tədrisi"
Məktəbimizdə 07.04.2016-cı il tarixində Reproduktiv sağlamlığın tədrisi ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə 144 nömrəli məktəbin psixoloqu S.Orucova, həkim C.Babayeva, VI sinif şagirdləri (qızlar), valideynlər, məktəbin müəllimləri: V.Rzayeva, G.Heydərova və "Ümüdlü Gələcək Gənclər Təşkilatı"nın nümayəndələri iştirak etmişlər.Təşkilatın nümayəndələri şagirdlərə və valideynlərə "Reproduktiv sağlamlıq sistemi" haqqında məlumat verdilər, qızların sağlamlıqlarına, gigiyenik qaydalara necə riayət etmələri barədə məlumatlandırıldılar. Bu barədə (bedeo) rolik çarxı izlədildi.Sonra isə bukletlər paylandı.