Məktəbimizin 7a və 7b sinif şagirdləri AMEA-nın 70 illiyi ilə əlaqədar sərgidə iştirak etdilər.

13.04.2016-cı ildə məktəbimizin 7a sinfinin 23 şagirdi və 7b sinfinin 24 şagirdi, valideynlər AMEA-nın 70 illiyi ilə əlaqədar Akademiyanın binasında təşkil edilmiş elmi nailiyyətləri özündə əks etdirən sərgidə iştirak etdilər.Sərgidə AMEA-nın 38 elmi-tədqiqat institutlarının elmi nailiyyətlərini əks etdirən eksponatlarla,elmi publisistik ədəbiyyatlarla, nailiyyətləri əks etdirən elektron versiya ilə tanış oldular.İnstitutların elmi əməkdaşları şagirdlərə və müəllimlərə sərgi haqqında ətraflı məlumatlar çatdırdılar.Şagirdlər tərəfindən verilən bütün suallara ətraflı cavab verdilər.Foto şəkillər çəkərək öz elektron saytlarına yerləşdirdilər.Sərgidən həm müəllimlər, həm də şagirdlər çox razı qaldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi