"Son zəng" tədbiri

Ənənəvi olaraq 2024/2025-ci tədris ilinin yekunu "Son zəng" tədbiri ilə başa çatdı. Bu il məktəbimizdə 57 nəfər şagird XI sinif məzun sevincini qeyd edir. Tədbir zamanı buraxılış imtahanında yüksək nəticə göstərən IX və XI sinif şagirdləri məktəb rəhbərliyi tərəfindən təltif olundu. Açılış nitqində məktəbin direktoru Şəfa Qurbanova XI-ləri təbrik edərək, bu tədris ilində məktəbin əldə etdiyi uğurlardan məlumat verib. Direktor müavini Xanım Mollayeva buraxılış imtahanında buraxılış fənlərindən ən yüksək nəticə göstərən şagirdlərin adlarını qeyd edərək, onları ərsəyə gətirən müəllimlərə təşəkkürünü bildirib. Tədbirin davamında məzunlarımız öz maraqlı çıxışlarını təqdim etdilər.
Bu gün məzun sevincini yaşayan bütün XI-lərimizi təbrik edir, onlara həyatın bütün mərhələlərində uğurlar arzulayırıq.