HAQQIMIZDA

     Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəb Binəqədi rayonunda yerləşir. Təhsil müəssisəsi 1970-ci ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ildə əsaslı təmir olunmuş və Respublika Prezidenti Cənab İlham Əliyev açılışda iştirak etmişdir. Məktəb 1 növbəli, 5 günlük fəaliyyət göstərir. Yalnız Azərbaycan bölməsindən ibarətdir. Məktəb fəaliyyət göstərdiyi ilk gündən öz ənənələri ilə fərqlənən bir təhsil ocağıdır. Şagirdlər qızıl-gümüş medalla məktəbi qurtarmış, hal-hazırda Respublikamızın müxtəlif bölgələrində məsul vəzifələrdə çalışırlar. Azərbaycandan kənarda da vətənimizin mənafeyini qoruyan çoxlu məzunlar bu gün də öz işlərini məsuliyyətlə davam etdirirlər. Məktəb general Əliağa Şıxlinskinin adını daşıyır. Əliağa Şıxlinskinin həyat və hərbi fəaliyyəti şagirdlərə bir örnəkdir. Bu gün fəxrlə deyə bilərik ki, I Qarabağ müharibəsində şəhid olmuş İsmayılov Rafiq Seyfəddin oğlu, II Qarabağ müharibəsində şəhid olmuş Şərifov Turan Vidadi oğlu, Heydərov Əli Vaqif oğlu, Mustafayev Elnur Nəcəf oğlu  məktəbin məzunu olmuşdur. İdman və musiqi sahəsində də fəaliyyət göstərən şagirdlər çoxdur. Hazırda məktəbdə 676 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 47 müəllim məşğul olur. Onlardan 1 nəfəri Respublikamızın əməkdar müəllimidir. Hər il məzunlar ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə edirlər. 600-dən çox bal toplayan şagirdlərin sayı ildən-ilə artır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi