“Qoy həmişə günəş olsun” adlı bayram tədbiri

Bu gün – 1 iyun tarixində dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının qərarı ilə təsis olunan bu gün, uşaqların müdafiəsi və hüquqlarının qorunması istiqamətində beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır. Həmin tədbirdə qadınların hüquqları və uşaqların rifahı ilə bağlı təkliflər səsləndirilmiş, elə oradaca 1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsinə həsr olunması qərara alınmışdır.Azərbaycanda da uşaqların müdafiəsi, sağlam böyüməsi və xoşbəxt gələcəyi naminə dövlət səviyyəsində ardıcıl tədbirlər həyata keçirilir, uşaqlara xüsusi qayğı və diqqət göstərilir.Bu münasibətlə, 29 may 2025-ci il tarixində Bakı şəhəri 135 nömrəli məktəbdə “Qoy həmişə günəş olsun” adlı bayram tədbiri təşkil olunmuşdur. Məktəbin ibtidai sinif şagirdlərinin hazırladığı rəngarəng musiqi nömrələri tədbirə xüsusi rəng qatmış, uşaqlar öz bacarıqlarını nümayiş etdirmişlər. Tədbirin sonunda məktəbimizin direktoru Ş.Qurbanova bütün balaca fidanlarımızı Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək, onlara sağlam, xoşbəxt və işıqlı gələcək arzulamışdır.Uşaqlar bizim sabahımız, gələcəyimizdir. Qoy hər zaman onların üzündə təbəssüm, qəlbində sevinc, həyatında isə günəş olsun!