İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı günü”

02 iyun 2025-ci il tarixində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı günü” keçirildi.Tədbirin məqsədi müəssisənin fəaliyyəti, təhsil prosesi, infrastruktur imkanları və pedaqoji heyəti ictimaiyyətə daha yaxından tanıtmaq idi.“Açıq qapı günü”ndə valideynlər, işəgötürənlər, 135 nömrəli məktəbin müəllim və şagirdləri və digər qonaqlar iştirak etdilər. Onlara dərs otaqları, laboratoriyalar, fənn kabinələri, tətbiq olunan tədris metodları və tələbə nailiyyətləri haqqında ətraflı məlumat təqdim olundu.
Tədbirin ən yaddaqalan hissəsi isə tələbələrin əl işlərindən ibarət sərginin nümayişi oldu. Qonaqlar tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq bu cür təşəbbüslərin məktəb-valideyn-ictimaiyyət əməkdaşlığını daha da gücləndirdiyini bildirdilər.