Şirvanşahlar sarayı, Qız Qalası və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya

Uşaq-Gənclər İnkişaf Mərkəzinin hər ilin 18-25 may tarixlərində həyata keçirdiyi “Məktəblilər üçün muzey həftəsi” adlı maarifləndirici və interaktiv proqram çərçivəsində məktəbimizin 1-ci sinif şagirdləri sinif rəhbəri Əhmədova Mətanət müəllimin rəhbərliyi ilə tarixi məkanlara ekskursiya etmişlər.Ekskursiya zamanı şagirdlər Şirvanşahlar sarayı, Qız Qalası və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət etmiş, bələdçilər tərəfindən bu tarixi abidələrin yaranma tarixi, memarlıq xüsusiyyətləri və Azərbaycan tarixindəki əhəmiyyəti barədə ətraflı məlumat almışlar.Səfərin məqsədi şagirdlərdə milli-mədəni irsimizə maraq yaratmaq, onların dünyagörüşünü zənginləşdirmək və vətənpərvərlik ruhunu aşılamışdır. Maraqlı və yadda qalan ekskursiya zamanı məktəblilər həm əylənib, həm də öyrənmiş, tariximizə bir daha yaxından bələd olmaq imkanı əldə etmişlər.