“Biomüxtəliflik və onun qorunması yolları” mövzusunda dərs

      22 may 2025-ci il tarixində məktəbimizin biologiya müəllimi Pərvin müəllimin rəhbərliyi ilə 10-cu sinif şagirdləri üçün “Biomüxtəliflik və onun qorunması yolları” mövzusunda dərs təşkil olunmuşdur. Dərs məktəbin həyətyanı sahəsində, açıq hava şəraitində keçirilmişdir.Tədbirin məqsədi şagirdlərdə canlı təbiətin müxtəlifliyini dərindən dərk etmək, ekosistem anlayışını əyani şəkildə hiss etdirmək və biomüxtəlifliyin qorunmasının əhəmiyyətini vurğulamaq olmuşdur. Şagirdlər müxtəlif bitki və canlı növlərini müşahidə etmiş, onların təbiətdəki rolunu və ekoloji tarazlığa təsirini öyrənmişlər.Açıq hava dərsi şagirdlərdə təbiətə qarşı sevgi və qayğı hissinin formalaşmasına, ekoloji maarifləndirmənin artırılmasına mühüm töhfə vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi