"Mother's Day adlı tədbir"

      22.05.2025 tarixində Azərbaycan Dillər Universitetinin İngilis və fransız dilləri fakültəsi nəzdində İngilis dilinin tədrisi metodikası kafedrasının metodisti Məmmədova Aynur, İngilis və Fransız dilləri fakültəsinin 4-cü kurs tələbələri, 419 A qrupundan Abiyeva Səbinə və 422 B qrupundan Həsənli Asiya, Əhmədli Nigar, Quliyeva Lamiyə, Ağazadə Şəbnəm, Bayramova Aysel, İsayeva Əminə tərəfindən 135 saylı tam orta məktəbdə ingilis dilində Mother's Day adlı tədbir həyata keçirilmişdir.

Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbələri tərəfindən hazırlanan müxtəlif şeir və rəqs üzrə çıxışlar edilmiş, məktəb şagirdlərinin iştirakı ilə anaların bizim həyatımızdakı rolununun nə qədər vacib və dəyərli olduğunu göstərən bir səhnəcik hazırlanmışdır. Həmçinin müxtəlif mahnılar ifa olunmuşdur. Tədbir çərçivəsində məktəbdə çalışan analar üçün onların övladları ilə birgə hazırlanmış videoçarxlar nümayiş olundu.

Tədbirin yekun hissəsində 135 saylı tam orta məktəbin direktoru Şəfa Qurbanova və İngilis və fransız dilləri fakültəsi nəzdində İngilis dilinin tədrisi metodikası kafedrasının metodisti Məmmədova Aynur çıxış etmişdir.

Qeyd edək ki, sonda tədbirdə iştirak edən hər bir şagird sertifikatla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi