“Muzeylər və İcmalar” layihəsi çərçivəsində uşaqların Bakı və Bakıətrafı muzeylərlə tanışlığı

18-23 may tarixlərində Elm və Təhsil Nazirliyi və RUGİ Mərkəzinin təşkilatçılığı ilə “Muzeylər və İcmalar” layihəsi çərçivəsində uşaqların Bakı və Bakıətrafı muzeylərlə tanışlığı təşkil olunmuşdur. Layihə çərçivəsində şagirdlərin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Balaxanı Botanika Bağı və Qala Dövlət Etnoqrafiya Qoruğuna ödənişsiz ekskursiyaları təşkil edilmişdir.