"Suraxanı Gəmi Muzeyinə ekskursiya"

28 may – Azərbaycanın Müstəqillik Günü münasibətilə məktəbimizin 2b sinif şagirdləri sinif rəhbəri Gülnarə Məmmədovanın rəhbərliyi ilə ekskursiyaya getmişlər. Təhsil və əyləncəni bir araya gətirən bu günü şagirdlər Suraxanı Gəmi Muzeyində keçirdilər.
Tariximizin dərinliklərinə enərək Azərbaycanın neft və dənizçilik sahəsindəki zəngin irsi ilə tanış oldular. Uşaqlar ilk dəfə real gəmi göyərtəsində addımladılar, kapitan körpüsünə daxil oldular və eksponatlar vasitəsilə keçmişə səyahət etdilər.
Belə gəzintilər, yalnız bilik qazandırmaqla kifayətlənmir, həm də uşaqlarda vətənə sevgi, tarixə maraq və gələcəyə inam yaradır.