"İclas"

İyunun 10-da 135 nömrəli məktəbdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi Rayon Komitəsinin məktəb üzrə Həmkarlar İttifaqının iclası keçirilmişdir. İclasa məktəbin direktoru Şəfa Qurbanova, təlim-tərbiyə işləri üzrə direktor müavini Xanım Mollayeva dəvət edilmişdirlər. İclasda il ərzində görülən işlər haqqında hesabat verilmiş, təşkilatın məktəb üzrə sədri Natəvan Əliyevanın çıxışı dinlənilmişdir. O bildirmişdir ki, müəllim adı və nüfuzu cəmiyyətdə yüksək yerdə dayanır. İclasda həmçinin "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası məqsədilə Azərbaycan Respublikası elm və təhsil nazirinin 27.01.2025-ci il tarixli, 3-29/3-2-43F/2025 nömrəli əmrinin icrasına müvafiq olaraq bildirilmişdir ki, korrupsiya hallarının müəllim nüfuzuna xələl gətirməsinə yol vermək olmaz. Daha sonra "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə İş Planının təsdiqi barədə əmr müəllimlərin diqqətinə çatdırılmışdır.