"Xudafərin körpüsü"

Xudafərin körpüsü, Fəzl İbn Məhəmmədin sifarişi ilə 1027-ci ildə Azərbaycan memarlığı üslubunda inşa edilib. Uzunluğu 200 m, eni 4,5 m olan bu körpü Azərbaycanı və İranı birləşdirən, Cəbrayıl rayonu ilə İranın Xudafərin şəhristanı arasında yerləşən, Araz çayı üzərində salınmış körpüdür. 1993-cü ildə Cəbrayıl rayonu Erməni quldurları tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalmışdır.
Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonunu 4 oktyabr 2020-ci ildə erməni işğalından azad etmişdir. Körpünün özü isə 18 oktyabr 2020-ci ildə erməni işğalından azad olunmuş və üzərində Azərbaycan Respublikasının bayrağı dalğalandırılmışdır.
Məktəbimizin 3b sinif şagirdi Alıyeva Mələk Xudafərin körpüsünün maketini hazırlamışdır.