Liseyin IX-XI sinif şagirdləri ilə Daxili İşlər Nazirliyinin əməkdaşları maarifləndirici görüş keçirdi

17.01.2024-cü il tarixdə Bakı şəhər Binəqədi rayonu Tərlan Heybətov adına "Vətən" İdman Liseyində Binəqədi rayon Polis İdarəsinin əməkdaşı polis mayoru Cəfər Adıgözəlovun iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilmişdir. Görüşdə şagirdlərə polis akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilmişdir. Polis akademiyasında təhsil almaq istəyən şagirdlərin sualları cavablandırıldı.