Böyük Summativ Qiymətləndirmə imtahanlarına start verildi

Liseyin fəaliyyət planına əsasən 15-16 yanvar 2025-ci il tarixində şagird nailiyyətinin qiymətləndirilməsi məqsədilə I yarımil üzrə Böyük Summativ Qiymətləndirmə imtahanlarına start verildi.
Böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarının səviyyəsini ölçməkdən ibarətdir.
Böyük summativ qiymətləndirmələrin təşkili ilə bağlı məktəb rəhbərliyi tərəfindən Təşkilat, Nəzarət və Yoxlama Komissiyaları yaradılmış və qiymətləndirmələrin keçirilmə qrafiki təsdiqlənərək şagird və valideynlərin nəzərinə çatdırılmışdır. BSQ imtahanlarında hər fənn üzrə açıq və qapalı olmaqla şagirdlərə 20 test tapşırığının verilməsi planlaşdırılmışdır.
IX, XI siniflərdə bütün fənlərdən, digər siniflərdə isə buraxılış fənlərindən BSQ imtahanlarının keçirilməsi nəzərdə tutulub. Tədris ilinin ilk BSQ imtahanlarına IX siniflərdə başlanıldı. Şagirdlər onlara təqdim olunan tapşırıqları ayrılmış zaman müddətində yerinə yetirdilər. IX siniflərdə təhsil alan şagirdlərin qiymətləndirmədə iştirakı təmin olundu.
BSQ-lər davam edir.