“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş tədbir təşkil edildi.

Binəqədi rayonu 126 nömrəli tam orta məktəbdə İyunun 1-də sinif rəhbərlərinin təşkilatçılığı ilə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş tədbir təşkil edildi.
Tədbirdə uşaqlar öz bacarıqlarını göstərərək rəqs etdilər, mahnı oxudular və şeirlər söylədilər. 6-cı sinif şagirdlərinin hazırladıqları səhnəciklər məktəbli dostlarına sevinc bəxş etdi. Məktəbin direktoru Tərminə Əsədova və direktor müavinləri uşaqları “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik etdi, arzularını bildirdilər.

Sonda məktəblilər arzular yazılmış dilək şarlarını havaya buraxdılar və çərpələnglər uçurdular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi