Şagirdimiz "1 DAN qara kəmər ustası” adına layiq görülüb

28 may – Respublika Günü münasibəti ilə Azərbaycan Taekvondo Federasiyasında keçirilən yarışın qaliblərdən biri 126 nömrəli tam orta məktəbin şagirdi Kamran Elnur oğlu Haqnəzərovdur.

K.Haqnəzərov “1 DAN qara kəmər ustası” adına layiq görülüb. O, Beynəlxalq “Real Aykido” Federasiyasını təmsil edib. Qeyd edək ki, K.Haqnəzərov 6 a sinfində təhsil alır. Kamran “Real Aykido” döyüş sənəti ilə məşğul olur. Şagirdimiz ötən müddət ərzində bir sıra yerli və beynəlxalq yarışların qalibi olub. Kamranı müəllimləri və məktəbli dostları adından təbrik edir, uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi