Hərbi idman bayramı keçirildi

Bu gün 126 nömrəli tam orta məktəbdə Hərbi İdman bayramı keçirildi. Məktəbin fiziki tərbiyə və hərbi müəlliminin rəhbərliyi ilə təşkil olunan tədbir “Biz qaliblərik” devizi altında icra olundu.Tədbir 28 may Müstəqillik Günü münasibəti ilə təşkil edildi. Yuxarı sinif şagirdlərinin iştirakı ilə müxtəlif idman və hərbi yarışlar keçirildi, sıra hazırlığı, düzülüş, raport vermə, komanda kapitanının hazırlığı, Kalaşnikov avtomatının natamam sökülməsi və yığılması və s. təlimlər təşkil olundu.

Hərbi idman bayramının keçirilməsində məqsəd hərbi-fiziki hərəkət və oyunlarını tədqiq etmək, onların müxtəlif növlərinin mahiyyətini və məzmununu açmaqla gənc nəslin hərbi-fiziki tərbiyəsinin inkişafına nail olmaq, vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltməkdən ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi