28 May Müstəqillik Günü qeyd edildi

27 may 2022-ci il tarixində 126 nömrəli tam orta məktəbdə 28 May Müstəqillik Günü bayram kimi qeyd edildi. 28 May Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Bütün siniflərdə təşkilat saatları 28 May Müstəqillik Gününə həsr edildi. Təşkilat saatlarında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  

Söhbət zamanı şagirdlərə Müstəqillik Gününün tarixi haqqında məlumatlar verildi. Şagirdlər Vətənə, xalqa həsr olunmuş şeirlər söylənildi,  “Cənab leytenant” və “Azərbaycan” mahnılarını ifa edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi