“Kitab kumbaram” eTvinning layihəsi şagirdlər arasında böyük marağa səbəb olmuşdur.

Məktəbimizin müəllimi Şirincan Məmmədli ilə Türkiyədən olan Gönül Kovan Gürakanın birgə “Kitab kumbaram” eTvinning layihəsi şagirdlər arasında böyük marağa səbəb olmuşdur.

Layihənin başlıca məqsədi:  şagirdlərdə oxuma mədəniyyətini formalaşdırmaq, məsuliyyət hissini aşılamaq, onları təkcə bilən deyil, həm də həyata keçirən kimi dəstəkləmək, problem həll edən, həm cəmiyyəti, həm də öz həyatlarını idarə etməyi bilən məhsuldar fərdlər olmalarına töhfə verən, məktəbə bağlılıq hissini artırmaq və məktəbə məmnuniyyətlə gəlmələrini təmin etmək, paylaşma, əməkdaşlıq, qardaşlıq, sevgi, hörmət, empatiya kimi dəyərləri əldə etmək.

Oxuduğu kitabları sinifdəki qutuya yığan şagirdlər digər həmyaşıdlarının da o kitabları oxumasına şərait yaratmışlar. Sonra isə eyni kitabları oxuyan şagirdlər qruplaşaraq oxuduqlarını müzakirə etmişlər. Bu ehtiyacı olan uşaqları kitabla bir araya gətirməklə yanaşı, kitaba dəstək olan uşaqlara da ən mühüm dəyərlərimizdən olan paylaşma, əməkdaşlıq, sevgi, hörmət, qardaşlıq, empatiya kimi keyfiyyətlər aşılamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi