Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat yarışı keçirildi.

126 nömrəli tam orta məktəbdə şagirdlər arasında müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar şahmat yarışı keçirildi.

Yarışda Hüseynov Əli Rəhman oğlu 1-ci yeri qazanaraq FƏXRİ FƏRMANA layiq görülmüşdür. İmanquliyev İsmayıl Niyaməddin oğlu məktəbdaxili şahmat yarışında 1-ci yerə, Hüseynov Cavid Rəhman oğlu 2-ci yerə, Babaşov Rahil Mahir oğlu 3-cü yerə layiq görülmüşlər.

Həsənli Rüstəm Emin oğlu, Fərəcov Nihad Elşən oğlu və Məmmədov Yunis Sabir oğlu isə fəal iştirakına görə diplomla təltif edilmişlər.

Məktəbin direktoru T.Əsədova yarış iştirakçılarına tovsiyələr vermiş və uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi