"Böyük Qayıdış" a  töhfə verən balacalar eTwinning layihəsində

Qələbəmizin şərəfinə qurulan "Kəlbəcərə Qayıdış" layihəsi Şikar Baxışov və Aliyə Ağayeva tərəfindən qurulmuşdur. Məktəbimizin müəllimi Şirincan Məmmədli də şagirdlərimizlə layihə iştirakçısıdır.
Layihənin icrası dram, musiqi, yaradıcı yazı, uşaq oyunları, zəka oyunları, kodlaşdırma mozaikası kimi bir çox fərqli  fəaliyyətləri özündə birləşdirir. Layihə iştirakçıları Kəlbəcərin tarixi keçmişini, təbiətini, mədəniyyətini araşdırmağı və toplanan məlumatları sosial mediada geniş kütlə ilə paylaşmağı məqsəd kimi qarşılarına qoymuşlar. Bununla yanaşı, layihədə iştirak şagirdlərdə müstəqil tədqiqat aparmaq vərdişlərini inkişaf etdirməyə, doğma torpağa bağlılıq, Vətəni sevmək, onu qorumaq və doğma yurda sahib çıxmaq kimi hissləri aşılamağa xidmət edir.

Layihədə iştirak nəticəsində  şagirdlər həm də İKT bacarıqlarını inkişaf etdirməyə nail oldular və əməkdaşlıq şəraitində işləməyi öyrəndilər. Layihənin son ortaq məhsulu kimi isə  görülmüş bütün işləri özündə əks etdirən elektron kitab yaradıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi