31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR AÇIQ DƏRSLƏR TƏŞKİL EDİLDİ

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.  Bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.

Ulu Öndər  Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.

Bu sərəncam əsasında məktəbin tarix müəllimləri ölkəmizdə və dünyanın müxtəlif dövlətlərində təşkil edilən tədbirlər, anım mərasimləri, konfranslar haqqında şagirdləri məlumatlandırır.

Martın 31-də məktəbdə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş açıq dərslər təşkil edilmişdir.  Dərslərin ilk dəqiqələrində soyqırım qurbanlarının və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin tarix müəllimi Şirincan Məmmədli 8A sinfində, Pünhan Pənahov isə 6A sinfində hadisəyə həsr edilmiş açıq dərs təşkil etmiş, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü haqqında şagirdlərə məlumat vermişlər. Hər iki dərsdə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarxlar nümayiş etdirilmişdir.

Məktəbin direktoru Tərminə Əsədova dərslərdə iştirak etmiş, dərsin sonunda çıxış edərək soyqırım haqqında fikirlərini söyləmiş, şagirdləri tariximizi dərindən öyrənməyə, soyqırım qurbanlarını unutmamağa çağırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi