ÜMUMXALQ HÜZN GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏŞKİLAT SAATI DİNLƏNİLDİ

       Məktəbimizdə 6a-sinfinin rəhbəri C.Hətəmovanın təşkilatçılığı  ilə 19.01.2022-ci il tarixində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar  “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi” adlı sinif təşkilat saatı keçirilmişdir. 

    Görüşün ilk dəqiqələrində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sinif rəhbəri Cəmilə Hətəmova şagirdlərinə xalqımıza qarşı törədilmiş bu ağır cinayətdən danışdı. Şagirdlər vətənpərvərlik mövzusunda hazırladıqları şeirlər və təqdimatlarla çıxış etdilər.

Qürur və ehtiramla anırıq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi