20 YANVAR FACİƏSİNİN 32-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLDİ

Yanvarın 19-da məktəbin 8a sinif şagirdlərinin 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar hazırladıqları kompozisiyalar dinlənildi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən o dəhşətli faciədə həyatını qurban vermiş şəhidlərin xatirəsi tədbirdə bir dəqiqəlik sükutla yad edildi.
Şagirdlərin 20 Yanvar faciəsinə həsr etdikləri kompozisiyalarda o dəhşətli gecənin təsviri verilmişdir.
Şagirdlər çıxışlarında bu tarixi Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu qeyd etdilər.