Təhsilverənlərin sertifikatlaşma prosesində məktəbimizin müəllimləri də müxtəlif fənlər üzrə uğurlu nəticə göstəriblər

Builki tədris ilinin sonu müəllim həmkarlarımız üçün əlamətdar olmuşdur. Belə ki, təhsilverənlərin sertifikatlaşma prosesində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin müəllimləri də müxtəlif fənlər üzrə uğurlu imtahan nəticələri ilə təhsilimizə töhvə vermişlər. Coğrafiya fənnindən İmaməliyeva Hökumə 50 bal, Soltanova Günay 53 bal, biologiya fənnindən Abdullayeva Aysu 55 bal, informatika fənnindən Əsgərova Vüsalə 57 bal, fizika fənnindən Şikarova Nəzrin 56 bal toplamaqla uğura imza atıblar. Həmkarlarımıza təhsildə hər zaman yüksəliş arzulayırıq. Savadlı müəllim gələcək nəsillərin düzgün formalaşmasının təminatçısıdır.
"Elmlə, hünərlə! Başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz".