Şagirdlərə rəğbətləndirmə kartı təqdim olunub

Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə iyun ayının 10 - da “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"na əsasən məktəbdə yaradılmış nizam - intizam şurasının qərarı ilə məktəbin V - XI sinif şagirdlərindən 75 şagird nümunəvi davranışın 3 meyarına (Nizam - intizam, sosial məsuliyyətlilik və akademik nailiyyət) əsasən rəğbətləndirmə kartı ilə təltif olunub. Rəğbətləndirmə kartı məktəbin direktoru Əliyeva Zeynəb tərəfindən hər bir şagirdə fərdi yanaşaraq, xoş ovqat və səmimi şəkildə təqdim olunub. Direktor şagirdləri təbrik edərək bildirib ki, yeni tədris ilində rəğbətləndirmə kartlarının sayının artmasına inanır və şagirdlərə uğurlu həyat, təhsildə zirvələr fəth etməyi arzulayıb.