Şəhid məzunumuz Heybətov Ağa Əminin doğum günü qeyd olunub

    Şəhidlər ölməz, Vətən bölunməz! Şəhid məzunumuz Heybətov Ağa Əmi 6 iyun 1993 - cü ildə anadan olmuşdur. Bu tarix artıq bizim üçün unudulmazdır. Xilaskar ordumuzun qəhrəman oğlu, şəhidlik zirvəsində hər birimizin qəlbində əbədiyaşardır.

    5 iyun 2025 - ci il tarixində səhər xəttində 125 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi şəhidimizi hörmətlə anılıb, 1 dəqiqəlik sükutla Azərbaycan şəhidləri yad edilib. Məktəbin direktoru Əliyeva Zeynəb şəhidimizin həyat yolundan, mənəvi zənginliyindən, şücaətindən gənc nəslə örnək olacaq şəkildə söhbət açıb.

    Şəhid Heybətov Ağa Əmi Elçin oğlunun evi məktəb rəhbərliyi, müəllimlər və şagirdlər tərəfindən ziyarət olunub. Şəhidimizin adını daşıdığı sinif şagirdləri poeziya dili ilə - şeirlərlə şəhidimizi vəsf edib. Xatirə guşəsində Zeynəb müəllim şəhidimiz Ağa Əmi ilə bağlı gənc nəslə nümunə olacaq xatirələrini paylaşıb. Hər zaman şəhidlərimizi ehtiramla anırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi