Son zəngə həsr olunmuş tədbir keçirilib

    14 iyun 2025 - ci ildə Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbdə Son zəngə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak edib.

    XI sinif şagirdləri “Son zəng” mahnısının sədaları altında səhnəyə daxil olublar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təbrik üçün söz məktəbin direktoru Əliyeva Zeynəb müəllimə verilib. O, buraxılış sinif şagirdlərinə ən xoş arzular diləyərək vətənə, dövlətə layiqli vətəndaş kimi fəaliyyət göstərməyi arzulayıb. Zeynəb Əliyeva çıxışında bu günün əlamətdarlığını vurğulayaraq əziz məzunları daha məsuliyyətli olmağa səsləyib. Məktəb illəri – uşaqlığın ən gözəl, qayğısız və bir o qədər də əlamətdar illəridir. Siz burada yalnız elmi biliklər deyil, həm də dostluq, mərhəmət, məsuliyyət kimi dəyərləri öyrəndiniz. Əziz məzunlar! Qarşıda sizi daha böyük həyat gözləyir. Sizi çətin və məsuliyyətli qərarlar, yeni üfüqlər, yeni uğurlar gözləyir. Siz bu yolda dürüstlükdən, zəhmətkeşlikdən və insanlığa olan sevginizdən dönməyəcəksiniz. XI sinif şagirdlərinin milli ruhda maraqlı çıxışları, rəngarəng rəqsləri hamını valeh edib. Tədbir "Son Zəng" mahnısının sədaları altında tamamlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi