Məzunlara tam orta təhsil attestatları təqdim olunub

    Bakı şəhəri Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə 2024 - 2025 - ci tədris ili üzrə məktəbi bitirən 59 məzuna məktəb rəhbərliyi tərəfindən tam orta təhsil haqqında attestatlar təqdim olunub. Məktəbin direktoru Əliyeva Zeynəb məzunlara bildirib ki, harda olsanız da, hansı pilləyə yüksəlsəniz də, siz bu məktəbin şagirdləri, bu müəllimlərin yetirmələri olaraq qalacaqsınız. Məktəbinizin adını uca tutun, hər zaman fərəh və iftixar mənbəyi olun! Zeynəb müəllim məzunları bir daha təbrik edərək onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi